Səlim Müslümovun isveçdən qonağı olacaq

img

06-06-2011 [12:30]


İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun Baş məsləhətçisi xanım Bodhi Peris və digər şəxslər daxildir. Səfər zamanı Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. İsveçrəli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA