?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası Balakənə də çatdı

img

05-06-2011 [11:41]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası bu dəfə Baləkən gənclərinin bilik və bacarıqlarını sınağa çəkib. Milli Şuranın təşkilatçılığı ilə keçirilən Kampaniya Baləkəndə də böyük maraqla qarşılanıb. Balakən şəhəri Zərifə Əliyeva adına 3 saylı şəhər orta məktəbində tədbir baş tutub. Rayonun 14-18 yaşlı 150 gəncinin bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. ARGTMŞ-ın idarə heyətinin üzvü və həmçinin Kampaniyanı Balakən rayonunda həyata keçirən işçi qrupunun rəhbəri Heydər Atayev gənclər qarşısında çıxış edərək bildirib ki, bu gün ölkəmizin bölgələrini tanımaq hər bir gəncin mənəvi və vətəndaşlıq borcudur. Gənclər arasında sorğu keçirən işçi qrupunun üzvlərinə bildirilib ki, bu cür kampaniyanın keçirilməsi vətənpərvərlik ruhunun aşılanması ilə yanaşı gənclərdə coğrafi biliklərin inkişafına da güclü təsir edir. ?Vətəni tanı? Ümumrespublika Kampaniyası 12000 gənci bu layihəyə cəlb etməyi qarşısına məqsəd qoyub və artıq onun yarıdan çoxu yerinə yetirilib. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA