Azərbaycanda Uzaq Ensiklopediyası nəzr olunub

img

04-06-2011 [10:55]


Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ?Bizim Nəsil? Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap olunan ?Azərbaybaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat kitabı) kitabının növbəti 2- ci və 3-cü cildləri işıq üzü görüb. Qurumun mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanıb. Uşaqlar üçün ensiklopediya xarakterli bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. İncəsənətimizin tarixinə qızıl hərflərlə yazılmış sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət açılmışdır. Materiallar əsasən incəsənətin aşağıdakı sahələrini əhatə etmişdir: rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, memarlıq. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilmişdir. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpgili çap məhsulunun ölkəmizdə uşaqlar üçün hazırlanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha görmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA