Ali məktəblərə sənəd verənlərin sayı azalıb

img

03-06-2011 [01:08]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 110 min 423 abituriyent ərizə verib. Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 1,85 faiz ( 20085 nəfər az) azdır. Bu il abituriyentlərin 99 min 190 nəfəri Azərbaycan, 11 min 233 nəfəri rus bölməsindəndir. I ixtisas qrupuna 34 min 988, II ixtisas qrupuna 27 min 068, III ixtisas qrupuna 32 min 859, IV ixtisas qrupuna 15 min 508 nəfər sənəd verib. Ümumilikdə abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA