Məhərrəm Əliyevin MTN-ə müavin təyin olunması xəbəri yayıldı

img

02-06-2011 [04:36]


Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunması barədə xəbər yayılıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, M.Əliyev iyunun 1-dən Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. Hazırda M.Əliyevin yeni təyinatının ictimaiyyətdən gizlədilməsi barədə qərarın olduğu da yayılan xəbərlər arasındadır. Bu təyinatın gizlədilməsinin səbəbləri isə məlum deyil. MİA-ya daxil olan məlumata görə, M.Əliyev dünən və bu gün MTN-də olub. Qeyd edək ki, Məhərrəm Əliyev ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Məlumatın doğru olub-olmadığını MTN-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA