Nazir Əli Abbasov Fransaya səfər edəcək

img

02-06-2011 [02:42]


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 5-6 iyun tarixlərində Parisdə Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-ə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. Bundan əlavə, iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT-şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Besson ilə ikitərəfli görüşü nəzərdə tutulub. Tədbir iki ölkənin özəl sektorları arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını artırmalıdır. Əli Abbasov Parisə səfəri zamanı ?ArianeSpace? şirkətinin rəhbəri Jan-İv Le Galla görüşəcək və Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını müzakirə edəcək. Xatırladaq ki, milli peykin ?ArianeSpace? şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA