?Vətəni tanı?nın növbəti seçim turunu Neftçalada keçirilib

img

02-06-2011 [12:00]


Gənclər Təşkilatları Milli Şurası ?Vətəni tanı? Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turunu Neftçalada keçirib. MIA-nın məlumatına görə, yarışmadan əvvəl rayon təhsil, gənclər və idman idarələrinin əməkdaşları, məktəblilər, müəllimlərin iştirakı ilə açılış mərasimi keçirilib. Milli Şuranın regionlar üzrə departamentinin katibi və cənub bölgəsi üzrə işçi qrupunun rəhbəri Ziya Ağayev çıxış etdikdən sonra 150 gənc arasında yarış başlanıb və onlardan 2-si respublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA