Ali məktəblərə qəbul üçün ərizə qəbulu baza çatıb

img

01-06-2011 [06:30]


2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək (saat 17:00-dək) internet vasitəsilə elektron ərizə doldurub və aprelin 27-dən iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdiriblər. Ərizələrin Sənəd Qəbulu Komissiyasında təsdiqi üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, TQDK rəhbərliyi elektron ərizə doldurub, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin olduğunu nəzərə alıb, ərizələrin qəbulunu 1 iyun 2011-ci il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. İlkin statistik məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 110426 abituriyent elektron ərizəsini təsdiq etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA