Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu bir gün uzadıldı

img

31-05-2011 [06:02]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiqi müddətini uzadıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb bu gün saat 17:00 son müddət olmasına baxmayaraq, internetlə ?Elektron ərizə? doldurmuş 4500-dən artıq abituriyentin öz ərizəsini hələ də Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməməsidir. 31 may 2011-ci il saat 17:00-dək ?Elektron ərizə? doldurmuş abituriyentlər sənədlərini 1 iyun saat 17:00-dək SQK-larda təsdiq etdirə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA