ADU-da ?Siqaretə yox deyirik? aksiyası keçirildi

img

31-05-2011 [10:26]


Azərbaycan Dillər Universitetində 1 saylı İngilis dili fakültəsinin tələbələrinin təşəbbüsü və Mülkü Müdafıə kafedrasının müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə 31 May Ümumdünya siqaretlə mübarizə gününə həsr olunmuş ?Siqaretə yox deyirik ? adlı aksiya keçirilidi. Aksiyada tələbələr universitetin tələbə və müəllimlərinə siqaretin zərərlərindən danışdılar. Onlar həmçinin 31 May Ümumdünya siqaretlə mübarizə günü haqqında aksiya iştirakçılarına məlumat verdilər. Əlavə olaraq tələbələr aksiya iştirakçılarına təqdim etmək üçün plakat və bukletlər də hazırlamşdılar. İştirakçılar arasında siqaret çəkən tələbə və müəllimlərdən siqaretlərini alaraq onlara bukletlər və kitabçalar təqdim etdilər. Qeyd edək ki , iştirakçılar arasında 2 saylı İngilis dili fakültəsinin tələbələri də var idi. Xatırladaq ki, aksiya gün ərzində davam etdi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA