Ucar rayon prokuroru, polis rəisi, məhkəmə hakiminə qarzı ittiham

img

28-05-2011 [11:22]


Ucar rayonu N.Nərimanov küç., ev 19-da yaşayan Hüseynova Süsanə Yusif qızı KIV nümayəndələrinə müraciət edib. MİA-nın elektron poçtuna daxil olan müraciətdə deyilir: ?Hörmətli mətbuat nümayəndələri, 24 may 2011 ci il tarixində keçirdiyim mətbuat konfransına əlavə olaraq bildirirəm ki, hazırda qanunsuz olaraq həbs olunmasına görə aclıq edən oğlum Fuad Hüseynov Penitensiar Xidmətinin Müalicə Müəssəsinin cərimə kamerasında saxlanılır. Vəziyyəti çox ağırdır. 16 kq çəki itirib,ürəyində,böyrəklərində, mədəsində şiddətli ağrılar var. 40 gün olacaq ki,aclıq edir. Hər an ölə bilər. Əgər ona bir şey olsa, mən də özümü öldürəcəyəm. Bunların da məsuliyyəti cinayətkar birlik yaratmış Ucar rayon Prokuroru M.Ağamirovun, Ucar RPŞ-nin rəsi Tahir Quliyevin və məhkəmə hakimi Çingiz İsgəndərovun üzərinə düşəcək.Artıq bu cinayət işi 7 ay 5 gündür ki, Ucar rayon Məhkəməsinin hakimi Ç.İsgəndərovun icratındadır. O, qəsdən süründürməçilik yaradıb. Burada böyük qanun pozuntusu və haqsızlıqlar var. Xahiş edirəm mənə kömək edin?. Əlaqə tel 055 768 47 24

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA