Saleh Qəhrəmanova qarzı təzyiqlər hələ də davam edir

img

27-05-2011 [05:56]


Siyasi mənsubiyyəti ilə bağlı dəfələrlə yerli hakimiyyət orqanlarının təhdidləri ilə üzləşən Müsavat Partiyası Cəbrayıl Rayon Təşkilatının fəalı Saleh Qəhrəmanova qarşı təzyiqlər səngimir. Maraqlıdır ki, Avropa ölkələrinin birində sığınacaq almasına baxmayaraq onun axtarışı hələ də davam etdirilir. Bu barədə rayon təşkilatının rəhbərliyi və Saleh Qəhrəmanovun yaxın qohumu Hamlet Səfixanlı tərəfindən məlumat daxil olub. Əməkdaşımızla söhbətində H.Səfixanlı bildirib ki, son günlər S.Qəhrəmanov tanımadıqları adamlar tərəfindən axtarılır: ?Həmin şəxslər bir neçə dəfə Salehin yaxınlarının evinə gələrək onu axtardıqlarını deyiblər?. Səfixanlının dediyinə görə, Cəbrayıl köçkünü olan Saleh Qəhrəmanov siyasi baxışlarına görə təzyiqlərə məruz qalması ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara və mətbuata müraciət edib: ?Amma ona qarşı təzyiqlər azalmayıb. Bu səbəbdən o, ölkəni tərk etməli olub və hazırda Avropa ölkələrinin birində yaşayır. Amma tanımadığımız adamlar ondan əl çəkmirlər. Saleh 1998-ci ildən Müsavat Partiyasının üzvüdür. Siyasi baxışına görə bir necə dəfə həbs olunub. 2010-cu il 7 noyabr seçkilərindən sonra ona qarşı təzyiqlər daha da şiddətlənib. Seçki günü Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi irəli sürüldüyü 15 saylı Yasamal 1-ci seçki dairəsində müşahidəçi olub. Seçkidə yol verilən saxtakarlıqlara etiraz etdiyi üçün polislər onu seçki məntəqəsindən uzaqlaşdırıb?. S.Qəhrəmanovun yaxınlarının dediyinə görə, həmin ərəfələrdə onun evinə tez-tez hədə-qorxu dolu zənglər olub: ?Hədələyənlər ondan müxalifətçilikdən əl çəkməyi tələb ediblər. Daha sonra bu cür telefon zəngləri intensiv xarakter alıb. Hətta onu öldürəcəkləri ilə də hədələyiblər. Ötən il dekabrın 4-də evinə gələn mülki şəxslər onu həbs ediblər. Məhkəmə qərarı olmadan 4 gün həbsdə yatıb. Bundan əlavə, ?Ənvəroğlu" MMC-nin rəhbərliyi onu siyasi mənsubiyyətinə görə işdən azad edib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA