?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası Gədəbəydə

img

27-05-2011 [02:09]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. Bu dəfə işçi qrupu Gədəbəy rayonuna səfər edib. Dağlar qoynunda yerləşən, Azərbaycanın dilbər guşələrindən olan Gədəbəydə 150 gənc arasında təşkil edilən Kampaniyanın məqsədləri barədə gənclərə Milli Şuranın Regionlar departamentinin rəhbəri Natiq Nəsirov məlumat verib. Gədəbəyli gənclər kampaniyaya böyük maraq göstəriblər. İstər elektron, istərsə də pazl şəklində xəritəni yığmaqda gədəbəyli gənclər bir biri ilə yarışıblar. Əlbəttə. Onlar arasından yalnız iki nəfərin respublika turuna vəsiqə qazanacağı məlum idi. Amma əsas hədəf gəncləri bu kampaniya vasitəsi ilə ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi olub. Yarışma o qədər maraqlı keçib ki, gənclər hər il bu tədbirin keçirilməsini arzulayıblar. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verdiyi layihə seçim turlarını davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA