Hüseynqulu Bağırov: "Bakı Zooparkı söküləcək"

img

27-05-2011 [02:01]


Azərbaycanda yeni zooparkın yaradılması üçün işlər sürətləndirilib. Bu barədə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Qobu qəsəbəsinin yaxınlığında olacaq. Zooparkın yaradılması üçün artıq 55 hektar ərazi ayrılıb: ?Hazırda Bakıda olan Zoopark əslində zoopark deyil, heyvanxanadır. Orada ərazi kiçikdir, heyvanlar qəfəsdə saxlanılır. Beynəlxalq ekologiya təşkilatları da bu zooparkın bağlanmasını tələb ediblər?. H.Bağırov bildirib ki, yeni zooparkın hazırlanması ilə bağlı Honkonq, Hollandiya zooparklarının rəhbərləri ilə məsləhətləşmə olub: ?Qobuda yeni zooparkın salınmasının əsas məqsədi heyvanları çoxaltmaqdır. Yəni nəsli kəsilməkdə olan heyvanlar burada mühafizə olunacaq və onların sayının artırılmasına şərait yaradılacaq. Bu zooparkla bağlı artıq ilkin layihə hazırdır. İki il öncə zooparkın tikintisi üçün 2.8 milyon manat vəsait ayrılıb. Bu günə qədər həmin vəsaitin kiçik hissəsi istifadə olunub?. Nazir deyib ki, zooparkın tikintisinə ümumilikdə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub. Yeni Zooparkda təkcə heyvanlar deyil, bitkilər və ağaclar da olacaq. Zoopark ?Azərbaycan təbiət dünyası? şərti adı ilə tanınacaq. Nazir yeni zooparkda qəfəs sistemi olmayacağını, bariyer sisteminin qurulacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA