Ali məktəblərə qəbul planı açıqlandı

img

27-05-2011 [01:25]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında 2011-2012-ci tədris ili üzrə ali məktəblərə 31 min 519 plan yerinin nəzərdə tutulduğunu açılqayıb. Ümumi plan yerindən I qrup üzrə 9848 yer, II qrup üzrə 8988, III qrup üzrə 8839, IV qrup üzrə 3844 yer nəzərdə tutulub. Ali məktbələrə dövlət sifarişli yerlərin sayı isə 10 min 616-dır. Bunlardan da I qrupa 4136, II qrupa 2345, III qrupa 2642, IV qrupa 1493 yer nəzərdə tutulub. Dövlət ali məktəblərinə 26 min 484, özəl ali məktəblər isə 5 min 35 plan yeri ayrılıb. Dövlət ali məktəblərinə ümumi plan yerindən I qrup üzrə 9 min 127, II qrup üzrə 6586, III qrup üzrə 7136, IV qrup üzrə isə 3635 yer nəzərdə tutulub. Özəl ali məktəblər isə ümumi plan yerindən I qrupa 721, II qrupa 2402, III qrupa 1703, IV qrupa 209 yer ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA