Bakıda 65 minlik stadionun təməlqoyma mərasimi keçiriləcək

img

26-05-2011 [11:52]


Bakının "Əzizbəyov" metrostansiyasının yaxınlığında iyunun 6-da 65 minlik stadionun tikintisinin təməlqoyma mərasimi olacaq. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. Məmmədovun sözlərinə görə, stadionun təməlqoyma mərasimi Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq. Mərasimdə UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter də iştirak edəcəklər. "İyunun 6-da həmçinin Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzinin açılışı olacaq", - baş katib bildirib. Onun sözlərinə görə, mərkəzlə yanaşı, həmin ərazidə 6 min tamaşaçı tutumlu stadionun rəsmi açılışı olacaq. Yubiley tədbirləri "Buta Palace"da təşkil olunacaq təntənəli mərasimlə yekunlaşacaq. Məmmədov qeyd edib ki, mərasimdə FİFA və UEFA rəhbərliyindən başqa, 35 federasiyadan qonaqlar iştirak edəcək, UEFA-ya daxil olan bəzi federasiyaların prezidentləri gələcək. "Tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq", - AFFA-nın baş katibi deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA