Kürdə suyun səviyyəsi artıb

img

26-05-2011 [11:43]


[/right] Mayın 21-25-də Azərbaycanın əksər ərazilərinə yağan leysan xarakterli yağışlar nəticəsində Kürə tökülən çaylarda sululuq artıb, nəticədə çayın aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirilir ki, mayın 24-25-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 36, Surrada 54, Şirvanda 30, Salyanda 18, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 53 santimetr artıb. Hazırda Kür çayının aşağı axınında müşahidə olunan səviyyələr keçən illə müqayisədə xeyli aşağıdır. Belə ki, mayın 25-də müşahidə olunan hazırkı səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Zərdab məntəqəsində 143, Surrada 163, Şirvanda 155, Bankədə 100, Araz çayının Novruzlu məntəqəsində isə 208 santimetr aşağıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA