TQDK abituriyentlərə xəbərdarlıq etdi

img

25-05-2011 [07:06]


2011/2012-ci tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 25 may 2011-ci il saat 15:00-a olan məlumata əsasən, 99 min 762 abituriyent internetlə ?Elektron ərizə ?doldurub, lakin onlardan 92 min 391 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK ?Elektron ərizə?sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 31 may 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA