ilham Əliyev iordaniya Kralı II Abdullah ibn Al Hüseyni təbrik edib

img

24-05-2011 [07:16]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni təbrik edib. Təbrikdə deyilir: ?Əlahəzrət, Əziz qardaşım, Ölkənizin milli bayramı ? Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA