Kəmaləddin Heydərov belaruslu həmkarını qəbul edib

img

23-05-2011 [07:07]


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda rəsmi səfərdə olan belaruslu həmkarı Vladimir Vaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Fövqəladə Hallar Nazirliyində verilən məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qonaq da öz növbəsində, hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Səfər proqramına uyğun olaraq, Azərbaycan FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA