Rövnəq Abdullayevdən sərt qərar

img

23-05-2011 [06:32]


Dövlət Neft Şirkətinə məxsus torpaqlarda yeni tikilən heç bir evə sənəd verilməyəcək. Bu barədə məlumat verən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev əhaliyə torpağı qanunsuz satan adamları məhkəməyə verməyi tövsiyə edib. Bu ərazilərdə çoxdan inşa edilmiş evlərə gəlincə, şirkət prezidenti onların sökülməyəcəyini qeyd edib. ?5 ilə yaxındır ki, bu neft ərazisində qanunsuz tikililərlə mübarizə aparırıq. Məhkəmələrə də əsasən biz yeni tikililəri veririk. Bilirsiniz ki, Keşlədə 100 illərlə yaşayanlar var. Biz onları sökmək fikrində deyilik. Bundan başqa da neft ərazilərində torpaqlara hücum olur və bunu müəyyən adamlar da özlərinə rəva bilirlər. Bələdiyyələr, icra başçıları bilsinlər ki, neft ərazisində tikilən binalara heç bir sənəd verilməyəcək. Əhaliyə onlara qanunsuz torpaq verənləri məhkəməyə verməyi məsləhət görürük?, -deyə Rövnəq Abdullayev əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA