Korrupsiyaya görə 11 hakim cəzalandırılıb

img

23-05-2011 [04:42]


Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. Şuradan MIA-ya verilən məlumata görə, MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qurumun Korrupsiyaya qarşı mübarizə Sektorunun məlumatı dinlənilib. Qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən MHŞ tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, habelə 7 hakim barədə intizam icraatları başlanılıb. İclasda, həmçinin vətəndaşlardan MHŞ-yə daxil olan müraciətlər təhlil edilib, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunub. Eyni zamanda, iclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin isə barəsində intizam icraatının başlanılması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA