Misir Mərdanov ?Son zəng? haqqında əmr verdi

img

23-05-2011 [01:49]


Təhsil naziri Misir Mərdanov ?Ümumtəhsil məktəblərində ?Son zəng? tədbirinin keçirilməsi haqqında? əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, ?Son zəng? tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan ?Son zəng? tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə ?Son zəng?in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib. ?Son zəng? tədbirini məzunların həyatında yaddaqalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da əmrdə nəzərdə tutulan məsələlərdəndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA