Türkiyə universitetlərinin magistraturasına sənəd qəbulu bazlayır

img

21-05-2011 [01:01]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə universitetlərinin magistraturasına Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan vətəndaşlar üçün sənəd qəbuluna başlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, həmin təhsil ocaqlarına 2011-ci il yanvarın 1-i tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 2011-ci il fevralın 20-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan vətəndaşları qəbul oluna bilərlər. Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. Bakalavrlar Türkiyə universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, ?Bakalavr haqqında arayış?ı və hərbi xidmətdən möhlət haqqında sənədi mayın 23-dən iyunun 6-dək TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA