TQDK ədliyyə, vergi və miqrasiya orqanlarında izləmək üçün test imtahanları keçirəcək

img

20-05-2011 [01:48]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 21-də ədliyyə, mayın 22-də isə dövlət vergi və miqrasiya orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanları keçirəcək. TQDK sədrinin müavini Namiq Babayev bildirib ki, ədliyyə orqanlarında işləmək istəyən namizədlərin sənədlərinin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 258 nəfərin namizədliyi qeydə alınıb. İmtahanda maksimal bal 90-a bərabərdir. 55 və daha artıq bal toplayan namizədlər müsabiqənin keçid mərhələsinə söhbətə buraxılacaqlar. N.Babayevin sözlərinə görə, miqrasiya orqanlarına qəbul olunmaq istəyən 528 nəfərin namizədliyi qeydə alınıb. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar. Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanında iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan şəxslər növbəti mərhələyə buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA