Səbaildə Mübariz ibrahimova həsr olunmuz tədbir keçirilib

img

20-05-2011 [11:15]


Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ?Ölümünlə ölməzliyi qazandın? mövzusunda tədbir keçirilib. Qurumun mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə təhsil İdarəsinin, Səbail rayonunun təhsil işçilərinin, DİN Daxili Qoşunların bir qrup əsgər və zabiti, Milli Qəhrəmanın oxuduğu Biləsuvar rayonu Əliabad kənd orta məktəbi kollektivinin, Bibiheybət qəsəbə ictimaiyyətinin nümayəndələri, həmçinin 50 saylı orta məktəbə adını daşıdığı şəhid Cəbrayıl Əsgərovun valideynləri iştirak ediblər. Milli Qəhrəmanın vaxtı ilə əsgəri xidmətdə olduğu Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova Mübarizin hərbi xidmətindən və qəhrəmanlığından, Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova Milli Qəhrəmanın xidməti, onun vətənpərvərliyi ilə bağlı gələcəyin əsgərləri olan gənclərə geniş məlumatların verilməsinin, onların ibtidai hərbi hazırlıqlarının yüksəldilməsinin vacibliyini vurğulayıb. Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya səslənib və tədbirin keçirilməsinə hazırlıq dövründə məktəblilərin hazırladıqları Mübariz İbrahimovun həyatı, qəhrəmanlığına həsr olunmuş video-çarx nümayiş etdirilib. Qeyd edək ki, bundan əvvəl Bibiheybət qəsəbəsi 50 saylı məktəbin şagirdləri və müəllimlərindən ibarət nümayəndə heyəti Biləsuvar rayonunun Əliabad kəndinə gedərək, M.İbrahimovun yaşadığı evdə onun valideynləri ilə və onun oxuduğu məktəbdə olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA