?Azercell?dən Avropa Məhkəməsinə zikayət ediləcək

img

19-05-2011 [06:42]


?Azərcell? şirkətindən Avropa Məhkəməsinə müraciət ediləcək. Bu barədə məlumat verən Bakı şəhəri, 2-ci Yeni Yasamal, ev 3, mənzil 106-da yaşayan Əlövsət Talışxanlı deyir ki, 2008-ci ilin fevral ayından telefonu qeyri-qanui olaraq borca görə bağlanıb. Onun sözlərinə görə, şirkət heç bir bağlantı olmadan ona 237 manat manat borc yazıb. Məsələylə bağlı Yasamal rayon məhkəməsində və digər yuxarı məhkəmə instansiyalarında proses keçirilib. Amma bütün mərhələlərdə Ə.Talışxanlı uduzdurulub. Ə.Talışxanlı onu da bildirib ki, məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər daşıyacaq: ?Yeganə çıxış yolu Avropa Məhkəməsinə müraciət etməkdir. Özü də 50 min manat yox, ?Azercell?dən 1 milyon manat təzminat tələb edəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA