Mehriban Əliyeva komitə sədri oldu

img

19-05-2011 [05:26]


Azərbaycan Prezidenti İlham Əliyev ?Eurovision-2012? mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatıb. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində ?Eurovision?2012? mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: - 2012-ci ilin may ayında Bakı şəhərində ?Eurovision-2012? mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın"-deyə sərəncamda qeyd edilib. Təşkilat Komitəsiə aşağıdakı şəxslər daxil edilib: Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ?YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Təşkilat Komitəsinin üzvləri Elmar Məmmədyarov -Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov ?Azərbaycan Respublikasının daxili işlər naziri Şahin Mustafayev ?Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Əbülfəs Qarayev ?Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Abbasov ?Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov ?Azərbaycan Respublikasının gənclər və idman naziri Hacıbala Abutalıbov ?Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Cahangir Əsgərov ??Azərbaycan Hava Yolları? Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev ??Azərenerji? Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev ??Bakıelektrikşəbəkə? Açıq Səhmdar Cəmiyyətinin sədri İsmayıl Ömərov ?Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Əli Əsədov ?Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Fatma Abdullazadə ?Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri. Təşkilat Komitəsi ?Eurovision?2012? mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA