Rus bölməsinin abituriyentlərinə buraxılız vərəqəsi paylanılır

img

19-05-2011 [02:00]


Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsini artıq öz internet səhifəsində yerləşdirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, rus bölməsinin abituriyentləri Azərbaycan dilindən test imtahanına buraxılış vəsiqəsini TQDK-nın internet saytına www.tqdk.gov.az/bvali2011/ daxil olmaqla əldə edə bilərlər. Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün ?Azərbaycan dili? fənnindən ilk imtahan mayın 22-də keçiriləcək. TQDK-nın məlumatına görə, indiyədək 10454 abituriyentin ərizəsi təsdiqlənib Rus bölməsinə sənəd verən abituriyentlər üçün ?Azərbaycan dili? fənnindən imtahan iki dəfə ? 2011-ci il mayın 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız Bakı şəhərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA