?Vətəni tanı? Şəmkirdə

img

19-05-2011 [11:00]


Milli Şuranın ?Vətəni tanı? Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir. Şəmkir şəhər Nizami Gəncəvi adına orta məktəbdə baş tutan Şəmkir seçim turunun açılış mərasimində Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayev, Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, təhsil şöbəsinin metodist koordinatoru Elşən Qasımov, məktəbin direktoru Alidə Hüseynova iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası ölkəmizin tanıdılması, gənclərimiz arasında vətənpərvərlik, təhsil səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA