Prokurorluq orqanlarına izə qəbul imtahanı keçirildi

img

19-05-2011 [10:55]


Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş 454 namizəd imtahan verib. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, dünən saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçirilən test imtahanında 442 namizəd iştirak edib. İmtahanı müxtəlif hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər. İmtahan başa çatdıqdan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasında elektron hesablayıcı maşınlar vasitəsi ilə namizədlərin cavab kartları yoxlanılıb və müsabiqənin ikinci mərhələsi-yazılı imtahanda 299 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilib. Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Baş Prokurorluğun veb saytlarında yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA