Jurnalistlər DiN-də izahat veriblər

img

17-05-2011 [05:49]


Mayın 17-də ?Turan? İnformasiya Agentliyinin müxbiri Pərvanə Bayramova, ?Azadlıq? qəzetinin müxbiri Natiq Adilov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Fərqanə Novruzova və AzadlıqRadiosunun əməkdaşı Esmira Cavadova Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində izahat veriblər. Jurnalistlər mayın 4-də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının məhkəməsindən sonra keçirilən aksiyanı işıqlandırarkən polis və mülkigeyimli şəxslərin təzyiqinə məruz qalıblar. Jurnalistlər Daxili İşlər Nazirliyinə müraciət ediblər. Nazirliyə dəvət olunan jurnalistlərdən izahat alınıb. Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov bildirib ki, araşdırma aparılacaq və jurnalistlərə təzyiq etmiş polis əməkdaşları barədə tədbir görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA