MSK seçici siyahılarını yenidən tərtib edib

img

17-05-2011 [05:37]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yanvar ayından başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumatına görə, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişdir. Sözügedən prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədir. Ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 18-də MSK tərəfindən yekun vurulacaq. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək icitmailəşdiriləcək. Mərkəzi Seçki Komissiyasının üzvləri mayın 18-də saat 15.30-da MSK-nın inzibati binasında (III mərtəbə) vahid seçicilər siyahısının yenidən tərtib edilməsinin texniki prosedurları ilə tanış olacaq, saat 16.00-da isə Komissiyanın bu prosesin yekunlaşmasına həsr olunmuş iclası keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı təmsilçiləri də hər iki tədbirə dəvətlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA