Milli Məclis 20 qanun qəbul etdi

img

17-05-2011 [02:33]


Mayın 17-də keçirilən parlamentin növbəti iclasında bir sıra qanunlara dəyişikliklər təsdiq edilib. Milli Məclis ?Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında?, ?Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında? sazişləri təsdiq edib. Eyni zamanda, ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında?, Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə?də dəyişiklik edilməsi barədə qanunun layihəsində dəyişikliklər də təsdiq olunub. Sessiyada, həmçinin, ?Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə?də, Mülki Prosessual Məcəllədə, ?İcra məmurları haqqında? qanunda, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, ?Banklar haqqında?, ?İpoteka haqqında?, ?İnzibati icraat haqqında? və ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanunlarda dəyişiklik edib. Dəyişikliklərə əsasən adıçəkilən qanunlarda ?məhkəmə nəzarətçisi? və ?məhkəmə icraçısı? sözləri ?icra məmuru? sözləri ilə əvəzlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA