Rabitə və informasiya Texnologiyaları Nazirliyi təminat verir

img

17-05-2011 [01:15]


?Eurovision -2012? mahnı müsabiqəsi zamanı Azərbaycanda telekommunikasiya şəbəkəsi ilə bağlı heç bir problem olmayacaq. Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltmas Məmmədov bildirib. O qeyd edib ki, nazirlik abonentləri yarışma boyu keyfiyyətli mobil rabitə ilə təchiz edəcək. İ. Məmmədovun sözlərinə görə, Azərbaycanın telekommunikasiya infrastrukturu abonentlərin soğrularına tam şəkildə cavab verir: ?Bu, eləcə də şəbəkədə gərginliyin pik olduğu vaxtlara da şamil edilir?. Onun sözlərinə görə, Azərbaycan ?Eurovision? müsabiqəsinə qatılan vaxt telekommunikasiya şəbəkəsi müsabiqəyə hazır olub: ?Nazirlik tərəfindən bu prosesə 3 il öncə başlanılıb, nəticədə İTV və digər aidiyyəti qurumlarla birlikdə dünyada analoqu olmayan müasir texnologiyalar qurulub.Növbəti ildə də bununla bağlı heç bir problem yaranmayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA