Əsgəri hərbçi yoldazını güllələdi

img

17-05-2011 [12:12]


Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgər ölümü hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 19 yaşlı əsgər Əkbər Cəbrayıl oğlu Dəmirov postda olarkən əlindəki xidməti silahı ilə davranma qaydasını kobud şəkildə pozub və açılan atəş nəticəsində hərbçi yoldaşı güllə yarası alıb. Yaralı 19 yaşlı Xəqani Zakir oğlu Allahverdiyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən Ə.Dəmirov 2010-cu ilin aprelində Quba, dünyasını dəyişən X. Allahverdiyev isə 2010-cu ilin aprelində Şuşa Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA