Sabah Bakıda yollar bağlanacaq

img

16-05-2011 [03:44]


Çexiya Respublikası prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun veridiyi məlumata görə, Çexiya dövlət başçısının 16-19 may tarixlərində Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakı şəhərində keçiriləcək tədbirlərdə iştirak edən qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mayın 17-si və 18-də saat 08:30-dan tədbirlər başa çatanadək Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, ?Azneft meydanı?, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələrinə, Parlament, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Rəşid Behbudov, Rauf Rəfili, Süleyman Rüstəm, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov, Həsən Əliyev, Səməd Vurğun küçələri istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Göstərilən yollar üzrə avtomobillərin parklandırılmasının mümkunsüzlüyü nəzərə alınmaqla, sürücülərdən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması, bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət edilməsi xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA