Səlim Müslümov Türkiyəyə gedir

img

16-05-2011 [12:26]


2011-ci ilin 17-18 may tarixlərində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olacaq. Fondun İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, səfərdə məqsəd qeyd olunan tarixlərdə Ankara şəhərində Türkiyənin Sosial Güvənlik Qurumunun təşkilatçılığı ilə ?Sosial müdafiə sahəsində yeni risklər və yanaşmalar? mövzusuna həsr olunmuş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak etməkdir. Azərbaycanda aparılan islahatların region üçün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfi əsas çıxışçılardan biri kimi həmin simpoziuma dəvət olunub. Toplantı iştirakçılarına ölkəmizdə qurulan və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sistemi barədə ətraflı məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA