Bakıda havanın hərarəti 25 dərəcəyə yüksələcək

img

16-05-2011 [11:58]


Həftənin ilk günlərində ölkə ərazisində isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz, səhər zəif dumanlı hava şəraiti proqnozlaşdırılır. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15? isti, gündüz 20-25? isti olacaq. Mayın 18-də də dəyişkən buludlu, yağmursuz hava davam edəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-15? isti, gündüz 20-25? isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında mayın 17-də gecə və səhər saatlarında duman, bəzi şimal-şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15? isti, gündüz 21-26? isti, dağlarda gecə 3-8? isti, gündüz 15-19? isti olacaq. Mayın 18-də hava əsasən yağmursuz keçsədə, səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15? isti, gündüz 23-28? isti, dağlarda gecə 4-9? isti, gündüz 17-22? isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA