TQDK sınaq imtahanının nəticələrini açıqlayıb

img

16-05-2011 [11:23]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 8-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib və abituriyentlər iş nömrələrini daxil edərək topladıqları balı öyrənə bilərlər. İmtahan nəticələri barədə məlumatı mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə də öyrənmək mümkündür. ?Azercell? şirkəti ilə yanaşı, ?Bakcell? mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA