Sərdar Cəlaloğlu Lalə Şövkətin fikirlərini ?təhrif? edib

img

14-05-2011 [07:29]


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin adından yanlış məlumat verib. Bu barədə MİA-ya açıqlama verən ALP sədri Əvəz Temirxan bildirib ki, Lalə xanım müzakirə zamanı S.Cəlaloğlunun dediyi kimi, AXCP və Müsavatın iştirakı olmadan müxalifət partiyaların birliyinin yaradılması təklifini irəli sürməyib. ?Lalə Şövkətin ihtirakı ilə ALP ilə VİP-in birgə iclasından sonra Sərdar Cəlaloğlu görüşmək xahişi ilə Lalə xanıma müraciət eləmişdi. Lalə xanım da Sərdar bəyin təklifini qəbul etdi. Həmin görüş Lalə xanımın evində baş tutmuşdu, mən özüm də o görüşdə iştirak edirdim. Lalə şövkət bildirdi ki, 8 partiyanın, yəni AXCP və Müsavat da daxil olmaq, bir böran masasının yaradılmasının, müzakirələr aparılmasının tərəfdarıdır. Bundan əlavə, Lalə xanım bu, baş tutmayacağı təqdirdə həmin iki partiyanın iştirakı olmadan hansısa formada digər partiyaların bir araya gəlməsinin mümkünlüyünü vurğulayıb. Sərdar Cəlaloğlu həmin görüşdən sonra da mətbuata açıqlamasında bildirmişdi ki, Lalə Şövkət bütün müxalifət qüvvələrinin bir arada olmasını istəyir. Amma son açıqlamasında elə bir fikir işlətməsi bir qədər qəribə görünür. Yəqin, o, Lalə xanımın fikirlərini doğru başa düşməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA