Sabir Hacıyev Sankt-Peterburq zəhərində səfərdə olacaq

img

14-05-2011 [04:12]


Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin Xarici əlaqələr üzrə alt komitəsinin iclasında iştirak etmək üçün mayın 15-dən 18-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. İclasın gündəliyinə ərəb ölkələrindəki hazırkı ictimai-siyasi durum, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər daxil edilib. S.Hacıyev müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA