Ali və orta ixtisas təhsil müəssisələrində dövlət sifarizli yerlərin sayı artıb

img

13-05-2011 [01:12]


?Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı ötən ilə nisbətən artıb?. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il dövlət sifarişli yerlərin sayı 10429 yer təşkil edirdisə, bu il bu rəqəm 10616 olub. M.Abbaszadə bildirib ki, mayın 11-də 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı Azərbaycanın Nazirlər Kabineti tərəfindən TQDK-ya təqdim olunub. Onun sözlərinə görə, TQDK-nın ?Abituriyent? jurnalının mayın 20-dən sonra nəşr olunacaq 3-cü buraxılışında ixtisas seçimi ilə bağlı məlumatlar açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA