Kəmaləddin Heydərov çimərlik mövsümü ilə əlaqədar əhaliyə çağırız etdi

img

11-05-2011 [02:10]


Azərbaycan fövqəladə hallar naziri çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Bu gün jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov əhalini dənizin qadağan olunan yerlərində çimməməyə çağırıb. Kəmaləddin Heydərov bildirib ki, 2005-ci ildən etibarən nazirlik tərəfindən fəaliyyətinə icazə verilmiş çimərliklərdə boğulma halı 95 faiz azalıb. Onun sözlərinə görə, boğulma halları əsasən ?çimmək qadağandır? nişanı olan yerlərdə qeydə alınır. ?Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti fəaliyyət göstərən yerlərdə boğulma halları demək olar ki, müşahidə olunmur?, - nazir vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA