Vidadi isgəndərlinin apellyasiya zikayətinə baxılıb

img

10-05-2011 [09:57]


Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb. Apelyasiya şikayəti Nəsimi rayon məhkəməsinin mayın 2-də onun haqqında çıxardığı 2 aylıq həbs qərarının qanunsuz sayılması haqqında idi. Məhkəmə prosesində Vidadi İsgəndərli iştirak edib. Vəkili Akif Əlizadə AzadlıqRadiosuna verdiyi məlumata görə, o həbsdə saxlanmasının əsassız olduğunu bildirib. İstintaqdan gizlənmək niyyətində olmadığını deyib. İttihamın qondarma olduğunu, işin siyasi xarakterli olduğunu vurğulayıb. Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət də qaldırıb. Vəsatət təmin olunmayıb. Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham olunur. O, 7 noyabr 2010-cu il parlament seçkilərində səsvermə prosesinə müdaxilə etməkdə təqsirləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA