BDU-nun iki yataqxanasındakı köçkünlər köçürüləcək

img

10-05-2011 [01:18]


Bu il hazırda Bakı Dövlət Universitetinin Mətbuat prospektində yerləşən iki yataqxanasında yaşayan məcburi köçkünlər üçün Masazırda evlərin tikintisi planlaşdırılır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Həsənov bildirib ki, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək. Hazırda Goranboy rayonunda doqquz beşmərtəbəli binanın tikintisi gedir. Tikinti işləri bu il başa çatacaq. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcəklər. Beləliklə, Naftalan sanatoriyası tam boşaldılacaq. Həsənov bildirib ki, yaxın günlərdə Mingəçevirdə 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacaq. Ermənilərin Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA