Eldar Əzizov deputatın obyektini sökdürdü

img

08-05-2011 [11:10]


Sumqayıta icra başçısı təyin olunandan bəri radikal addımları ilə seçilən Eldar Əzizov ?təmizləmə? əmliyyatını davam etdirir. MİA-nın məlumatına görə, şəhərin baş planına uyğun olmayan obyektlərin sökülməsi davam etməkdədir. Son günlər bir neçə iri restoran və iaşə müəssisəsi icra başçısının göstərişi ilə sökülüb. Sökülən obyektlər arasında Zəngilan rayonunun deputatı İmamverdi İsmayılovun da şəhərin mərkəzi küçələrinin birinə Əyləncə Mərkəzi adlanan yerdəki restoran-kafesi yeni başçının ?təmizləmə? əməliyyatının qurbanı olub. Bu barədə MİA-ya məlumat verən şəxsin sözlərinə görə, deputat obyektini qorumaq üçün E.Əzizovla anlaşmağa cəhd göstərib. Amma icra başçısı ona belə bir imkan tanımayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA