Şuzanın izğalından 19 il keçir

img

08-05-2011 [03:16]


Azərbaycanın tarixi mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümü ?Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması? İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunub. Mayın 8-də Şuşa ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, icmanın idarə heyətinin üzvləri, respublikamızın tanınmış ziyalıları Şəhidlər xiyabanını ziyarət ediblər. Əbədi məşəl önünə əklil qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı mübarizədə həyatlarını qurban vermiş və burada uyuyan Vətən övladlarının, o cümlədən şuşalıların məzarları üzərinə qərənfillər düzülüb. ?Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması? İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirmişdir ki, şuşalılar doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar dövlətimizin başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı danışıqlardakı mövqeyini dəstəkləyir, Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hazırdırlar. Xatırladaq ki, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 24 min 900 nəfər əhali yaşayırdı. Şəhərin işğalı zamanı 193 nəfər şəhid, 102 nəfər isə əlil olmuşdur. Erməni işğalçıları tərəfindən 27 sənaye və tikinti obyekti, 103 mədəni-məişət obyekti, 31 şəhər, qəsəbə və kənd, 249 tarixi abidə və muzey, 17 tarixi abidə dağıdılmış və yandırılmışdır. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, minə yaxın eksponatı olan Qarabağ Dövlət Tarix Muzeyinin bənzərsiz eksponatları talan edilmişdir. Ermənilər Şuşada təkcə insanlara güllə atmamış, həm də dünya mədəniyyətinin inciləri və dahilərindən olan tanınmış azərbaycanlıların heykəllərini də gülləbaran etmiş, yararsız hala salmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA