Səbailin icra bazçısı veteranlarla görüzdü

img

07-05-2011 [01:37]


II Dünya Müharibəsində Qələbənin ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələrinin veteranlarla görüşü keçirilib. İH-nin ictimaiyyətlə əlaqələr şöbəsindən MİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Bildirib ki, müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərəkatına çevrilib. İcra başçısı bildirib ki, qələbənin 66 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ji illər müharibəsi iştirakçılarına, həlak olan ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Əlamətdar bayram ərəfəsində bir qrup veterana, o cümlədən Səbail rayonu sakini olan 5 nəfərə yeni mənzillərin verilməsi veteranları xüsusilə sevindirib. Tədbirdə veteranlara maddi yardım və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycanın ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınıb, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlib. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları General-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər ?Şöhrət? ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRİ - də çıxarılan neftin 69 % -ni Bakı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA