Milli Dirçəliz Hərəkatı və T.C. YTATB müsabiqə elan edir

img

07-05-2011 [12:23]


2011-ci il May ayının 7-dən Milli Dirçəliş Hərəkatı (MDH) Türkiyə Cümhuriyyəti Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığı ilə birgə tələbələr arasında ən yaxşı yazı müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycan universitetlərində təhsil alan Azərbaycanlı və Türkiyəli tələbələr və Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr iştirak edə bilər. Mövzu: 1. Azərbaycan-Türkiyə strateji əməkdaşlığını zəruri edən şərtlər. 2. Bir millət iki dövlətdən-bir millət bir konfederativ dövlətə. 3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri. 4. Dövlətçiliyimizin sütunlarından biri ? Türkçülük Yazılar Davam qezeti.com saytının info @davamqezeti.com adresinə və ya Milli Dirçəliş Hərəkatının mərkəzi qərərgahına ( ünvan- Bakı ş-ri. N.Nərimanov rayonu. M.Məmmədzadə küçəsi 5/7. Tel. 5-67-43-95 ) təqdim edilə bilər. Müsabiqənin qaliblərini Azərbaycanda çalışan Türkiyəli müəllimlər və Azərbaycanlı müəllimlərdən ibarət münsiflər müəyyən edəcək. Müsabiqədə 1-ci yer üçün ( 1 nəfər ) - 800 AZN; 2-ci yer üçün ( 2 nəfər ) - 500 AZN; 3-cü yer üçün ( 3 nəfər ) - 300 AZN; mükafat veriləcək. Yazılar iyun ayının 7-nə dək qəbul ediləcək. Milli Dirçəliş Hərəkatı ( MDH ) mətbuat və informasiya xidməti.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA